SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Goranboyda VAZ-ların toqqusması iki nəfərin həyatına son qoydu

Goranboyda VAZ-ların toqqusması iki nəfərin həyatına son qoydu

  • 08 iyun 2026, 15:51
Goranboy

Goranboyda avtomobillər toqquşub, ölənlər var.

Yurd.Media xəbər verir ki, hadisə Goranboy rayon Səmədabad kəndində 2 "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. 

Yol-nəqliyyat hadisəsi nəticəsində 1940-cı il təvəllüdlü Şahbaz Qarayev və 1969-cu il təvəllüdlü Rza Qasımov hadisə yerində dünyasını dəyişiblər.

Daha 5 nəfər, 1991-ci il təvəllüdlü Çinarə Əsgərova, 1994-cü il təvəllüdlü Gülsanə Tağıyeva, 1952-ci il təvəllüdlü Səməndər Cəfərov və daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları