Yevlaxda həyətyanı sahədə bədbəxt hadisə baş verib.
Yurd.Media xəbər verir ki, Xaldan kəndində 91 yaşlı qadın yanaraq ölüb.
Belə ki, 1935-ci il təvəllüdlü Zümrüd Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Zümrüd Əhmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xials etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.