Bugün Hacıqabul rayonunda geniş ərazini yanğın bürüyüb.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar xəttinə rayonda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Qeyd edək ki, Hacıqabul rayonunda ötən gün də 15 hektar sahədə kol-kos yanıb.