Dəvəçi çayı daşdı, Şabranda evlər dağıldı, körpülərdə hərəkət məhdudlaşdı - VİDEO

Dəvəçi çayı daşdı, Şabranda evlər dağıldı, körpülərdə hərəkət məhdudlaşdı - VİDEO

  • 16 aprel 2025, 20:54
Şabran

Ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.

Yurd.Media xəbər verir ki, güclü yağış nəticəsində Şabran rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Həmçinin çay kənarında yerləşən evlərin sakinlərinin təxliyə edildiyi bildirilir.

Rayonun 20 Yanvar küçəsində güclü sel fərdi yaşayış evini dağıdıb.

Şabran Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə körpülərdə hərəkətə məhdudiyyət qoyulub. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib: “Həmin ailələrdən bəziləri qohumlarının evlərinə yerləşdirilib. Evi olmayanlar isə müvəqqəti qalmaq yeri ilə təmin ediləcək. Hazırda fəsadların aradan qaldırılması ilə bağlı ərazidə FHN-in Komissiyası işləyir”.

İcra Hakimiyyətindən, həmçinin bildirilib ki, yağıntı və daşqınlar nəticəsində rayonda biri Xəlfələr kəndində olmaqla ümumilikdə 3 körpü dağılıb. Hazırda fəsadların aradan qaldırılması ilə bağlı iş gedir.