SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Daşkəsəndə sel qoyunları aparıb, yollar bağlanıb

Daşkəsəndə sel qoyunları aparıb, yollar bağlanıb

  • 11 iyun 2026, 08:54
Daşkəsən

Ötən gecə Qərb bölgəsinə yağan güclü yağış kənd təsərrüfatına fəlakətlə nəticələnib.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Daşkəsən rayonunda gecə saatlarında yağan güclü yağış və sel ciddi fəsadlara səbəb olub.

Rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan sel sularının təsiri nəticəsində tələf olub.

Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda qeydə alınıb.

Bundan başqa, Quşçu kəndinə gedən yolda, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinə aparan avtomobil yollarında hərəkətlə bağlı ciddi çətinliklər yaranıb.

Qeyd edək ki, ötən gecə Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, bəzi ərazilərdə sel hadisələri müşahidə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları