Ağdaşda dağın yamacında kişi meyiti tapılıb.
Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, hadisə Hüşün kəndi yaxınlığındakı dağın yamacında qeydə alınıb.
Meyiti aşkar olunan şəxs 1980-ci il təvəllüdlü Kükəl kənd sakini Elnur Mənsur oğlu Abdullayevdir.
Onun çoban olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.