Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.
Ailəyə yaxın şəxslərin Yurd.Media-ya verdiyi məlumata görə, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.
Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, 4 uşaq atası olub.
Elçin NağıyevCinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan oğlu 17 yaşlı K.Nağıyevdir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hadisə ailə münaqişəsi zəminində törədilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.