Naxçıvanda 7-8 yaşlarında olduğu bildirilən uşaq kanalda boğulub.
Yurd.Media xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində baş verib.
İlkin məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, o, epilepsiya xəstəsi imiş.//Oxu.az