Daşkəsəndə dağlıq əraziyə ildırım düşüb, xəsarət alan var.
Yurd.Media xəbər verir ki, Çovdar kəndində dağlıq əraziyə ildırım düşüb. Hadisə nəticəsində ildırım düşən yerə yaxın olan 1996-cı il təvəllüdlü B.Kamalov xəsarət alıb.
Qeyd edək ki, ildırım düşməsi nəticəsində B.Kamalovun otardığı iri buynuzlu heyvan tələf olub.
Xatırladaq ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.