SÜJET
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Zirə Sovxozunun sakinləri ərazidə yerləşən daş karxanasının fəaliyyətindən şikayətçidirlər.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, onlar toz-torpaq səbəbindən pəncərələrini və qapılarını aça bilmirlər. Ümumiyyətlə, ərazidə yaşamaq çətinləşib.
Sakinlər bildiriblər ki, illərdir ev tikib yaşadıqları bu ərazidə iki ay bundan əvvəl fəalliyətə başlayan daş karxanası ucbatından rahatlıqları pozulub. Dəfələrlə aidiyyəti qurumlara şikayət də ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ nəzarətdə saxlanılacaq və yaxın günlərdə araşdırmalara başlanılacaq.
Ətraflı süjetdə: