SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Beyləqanda yataqxanada YANĞIN

Beyləqanda yataqxanada YANĞIN

  • 03 yanvar 2026, 09:42
Beyləqan

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yataqxana binasının bələdiyyəyə aid olduğu bildilir, binada 15 ailə məskunlaşıb.

Xəsarət alan olmayıb.

Beyləqanda yataqxanada YANĞIN
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları