SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Beyləqanda maşın 10 yaşlı uşağı vurdu, komaya düşüb

Beyləqanda maşın 10 yaşlı uşağı vurdu, komaya düşüb

  • 25 oktyabr 2025, 22:44
Beyləqan

Beyləqanın Dünyamalılar kəndi ərazisində avtomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.

Yurd.Media xəbər verir ki, 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub.

TƏBİB-dən "Report"a bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Prime Leasing