SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Beyləqanda azyaşlı faciəli şəkildə öldü

Beyləqanda azyaşlı faciəli şəkildə öldü

  • 20 dekabr 2025, 16:34
Beyləqan

Beyləqanda bədbəxt hadisə baş verib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib.

Azyaşlının babası "Baku TV"yə bildirib ki, eyvanı sulayan zaman uşaq yanında olub:

"Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməyə getdim. Anası məndən soruşdu ki, uşaq haradadır? Dedim, bəs sən aparmadın? Dedi ki, yoxdur. Mən qardaşımın evinə getdim, çünki həmişə oraya gedirdi. Anası buraya gəlib baxanda gördü ki, uşaq suyun üzündədir".  

Atası isə qeyd edib ki, ailənin üç övladı var: iki qız və bir oğlan. Dünyasını dəyişən azyaşlı evin yeganə oğul övladı olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları