Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə Alpout kəndində qeydə alınıb.
Belə ki, traktorla "Toyota Prius" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.