SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Başından zərbələr alan yeniyetməni xilas etmək mümkün olmadı

Başından zərbələr alan yeniyetməni xilas etmək mümkün olmadı

  • 21 sentyabr 2026, 21:22
Lənkəran

Başından 3 gün bundan öncə zərbələr alan yeniyetmə xəstəxanada öldü.

Yurd.Media xəbər verir ki, Lənkəran rayonunun Kərgəlan kənd sakini, 16 yaşlı Emil İbadov tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alıb. Xəsarət alan yeniyetmə tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində dünyasını dəyişib. 

Əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları