SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Balta ilə qadını öldürən şəxs yenə sakinlərə hücum edib - Oğuzda

Balta ilə qadını öldürən şəxs yenə sakinlərə hücum edib - Oğuzda

  • 05 avqust 2025, 18:14
Oğuz

Bir vaxtlar Oğuz rayonunda balta ilə qadını öldürən şəxs yenə sakinlərə hücum edib.

Yurd.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib ki, Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

Bildirilib ki, R. Səmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq o, dərhal müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, ruhi xəstə R. Səmədov 2010-cu ildə rayon sakini Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və o, bu əməlinə görə azadlıqdan məhrum edilib. R. Səmədov dəfələrlə xəstəxanada stasionar müalicə alıb.

Prime Leasing