SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda top mərmisi aşkarlandı - FOTO

Bakıda top mərmisi aşkarlandı - FOTO

  • 16 oktyabr 2025, 10:07
Bakı

Bakıda top mərmisi aşkarlandı.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib, zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Prime Leasing