SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Avtomobil buzda sürüşüb xətti qırdı, 7 kənd qazsız qaldı

Avtomobil buzda sürüşüb xətti qırdı, 7 kənd qazsız qaldı

  • 28 dekabr 2025, 17:39
Şərur

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Yurd.Media xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.

Skat.az - Ev və Avtomobil elanları