SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bayram günü quyuya yıxılan şəxs belə xilas edildi - VİDEO

Bayram günü quyuya yıxılan şəxs belə xilas edildi - VİDEO

  • 31 dekabr 2025, 22:53
Bakı

Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quyuya yıxılan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bayram günü quyuya yıxılan şəxs belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları