SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Həkimləri ünvana çatdırdı, sonra sükan arxasında vəfat etdi

Həkimləri ünvana çatdırdı, sonra sükan arxasında vəfat etdi

  • 28 sentyabr 2026, 21:46
Abşeron

Təcili yardım sürücüsü həkimlərin xəstəyə müdaxiləsini təmin etdikdən sonra avtomobilin sükanı arxasında ürək tutmasından həyatını itirib.

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Sumqayıt şəhərindən Abşeron rayonunun Masazır kəndində ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədovun qəfildən halı pisləşib.

O, həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürək tutması nəticəsində vəfat edib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də,“Sizi xəstənin yanına çatdırım, mən bir təhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ.Məmmədovun sükan arxasında vəfay etdiyini görüblər.

Skat.az - Ev və Avtomobil elanları