Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb.
Yurd.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Valideynlər, ilkin məlumatda uşaqlarının digər uşaqlarla oynayərkən xəsarət aldığını iddia ediblər. Araşdırmalarla məlum olub 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb. Artıq aidiyyəti qurumlar hərəkətə keçib. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yurd.Media-ya bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.