Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, hadisə Goranboy rayonu ərazisində baş verib.
Qəzada ölən şəxsin Yevlax rayonunun Aran qəsəbə sakini 1952-ci il təvəllüdlü Ş.Bağırova olduğu bildirilir.