SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Gəncədə bıçaqlanan məktəblinin son durumu, hadisənin təfərrüatı açıqlanıb

Gəncədə bıçaqlanan məktəblinin son durumu, hadisənin təfərrüatı açıqlanıb

  • 30 aprel 2026, 11:33
Gəncə

Gəncədə bıçaqlanan məktəblinin son durumu açıqlanıb.

TƏBİB-den Yurd.Media-ya verilən məlumata görə, bu gecə saat 00:40 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub. 

Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Gəncə-Daşkəsən regional təhsil idarəsindən isə Yurd.Media-ya bildirilib ki, iki şagirdi arasında mübahisə məktəbdənkənar ərazidə yaşanıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb:

"Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları