Gəncə şəhər Aleksandr Sergeyeviç Puşkin adına 9 nömrəli Tam Orta Məktəbdə insident olub.
Yurd.Media xəbər verir ki, məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü Ü.N mübahisə zəminində kəsici-deşici alətlə xəsarət alıb.
O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə həmin məktəbin 8-ci sinif şagirdidir.
Şagirdlər arasında başvermiş mübahisənin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.