SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Gömrükdə külli miqdarda dərman preparatları aşkar edilib - FOTO

Gömrükdə külli miqdarda dərman preparatları aşkar edilib - FOTO

  • 29 avqust 2026, 20:52

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Yurd.Media-ya bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilən gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 min 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları