Gəncədə avtomobillər toqquşub, xəsarət alan var.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə Qəsəbəsində, 28 may küçəsində qeydə alınıb.
"Hundai" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində, Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü S.Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkən hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım biriqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Niva" markalı avtomobil toqquşmadan sonra idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.

