SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə onlarla heyvan tövlədə diri-diri yanıb

Şəmkirdə onlarla heyvan tövlədə diri-diri yanıb

  • 28 aprel 2026, 11:54
Şəmkir

Şəmkir rayonunun Sabirkənd kəndində 1993-cü il təvəllüdlü T.Əliyeva məxsus tövlədə anidən yanğın başlayıb. 

Yurd.Media xəbər verir ki, hadisə nəticəsində tövlədə olan 30-a yaxın xırdabuynuzlu heyvanlardan 20-si tələf olub. 

Yanğın qonşuya məxsus tövləyədə keçib və təsərrüfata ziyan dəyib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. 

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları