Bakıda ağaclıq ərazidə başlayan yanğının yaşayış binalarına keçməsi təhlükəli yaranıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Nizami rayonu, C.Naxçıvanski küçəsində ağaclıq sahədə yanğın baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.