SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Yuxulayan sürücü Kamazla avtobusa belə çırpıldı - VİDEO

Yuxulayan sürücü "Kamaz"la avtobusa belə çırpıldı - VİDEO

  • 06 mart 2026, 12:06
Abşeron

Bugün Abşeron rayonunda yuxulayan sürücü "Kamaz"la avtobusa çırpılıb.

Yurd.Media xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində baş verib.

Ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hadisəni əks etdirən kamera görüntülərini yayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları