Bakıda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.