SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda məşhur “Naz resto bar”da qanun pozuntusu aşkarlandı – MƏHKƏMƏ QƏRARI

Bakıda məşhur “Naz resto bar”da qanun pozuntusu aşkarlandı – MƏHKƏMƏ QƏRARI

  • 22 dekabr 2025, 15:27
Bakı

Bakının Nəsimi rayonunda yerləşən “Naz resto bar”da qanun pozuntusu aşkar olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, rayonun Moskva prospektində “Naz resto bar” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib.

Nəticədə Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol yazılıb. Protokol təsdiq olunması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə “Naz resto bar” adlı obyektdə qanunsuz reklamın yayılması faktını təsdiqləyib və 1500 manat cərimə təyin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları