Bakının Yasamal rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Yurd.Media xəbər verir ki, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən məhdudlaşdırılıb. Nazirlik rəsmisi yanğının elektrik şaxtasında baş verdiyini bildirib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən əraziyə 18 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.