SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakı- Qazax magistralında yük maşını ilə minik maşını toqquşub

Bakı- Qazax magistralında yük maşını ilə minik maşını toqquşub

  • 01 fevral 2026, 22:29
Ucar

Ucarda yol qəzası baş verib.

Yurd.Media xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan buğda ilə yüklənmiş yük maşını ilə minik maşını toqquşub. Nəticədə magistraldan çıxan hər iki maşına ciddi ziyan dəyib. Yüngül xəsarət alan zərərçəkənə hadisə yerində ilkin yardım edilib.

Fakt araşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları