SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Bakı bulvarında dənizdən meyit çıxarıldı

Bakı bulvarında dənizdən meyit çıxarıldı

  • 10 iyun 2025, 09:08
Bakı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Yurd.Media-ya bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing