SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda bu il qatarlar 4 nəfəri vurub

Azərbaycanda bu il qatarlar 4 nəfəri vurub

  • 24 aprel 2026, 21:37

Azərbaycanda 3 ayda qatarlar 4 nəfəri vurub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Yurd.Mediaya bildirilib ki, bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.

Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır:

"ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları