SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağdərədə mülki şəxs minaya düşüb

Ağdərədə mülki şəxs minaya düşüb

  • 30 may 2025, 20:09
Ağdərə

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib.

Hüseynovun sol ayağının pəncəsi və ayağın ağaşı hissəsinin çox saylı qəlpə yaraları alıb. Yaralının Bərdə mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.

Prime Leasing