SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ağdamda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Ağdamda yol qəzası olub, 5 nəfər xəsarət alıb

  • 31 avqust 2025, 22:52

Ağdamda 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, yol qəzası Çəmənli kəndində qeydə alınıb.

"Toyota" markalı avtomobilin elektrik dirəyinə, sonra isə KİA markalı avtomobilə çırpılması nəticəsində rayon sakinləri; 1971-ci il təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızı və 1961-ci il Mehralıyeva Laləzar Mirzə qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing