SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ağdamda silahlı insident: Əvvəl çobanı sonra özünü güllələdi

Ağdamda silahlı insident: Əvvəl çobanı sonra özünü güllələdi

  • 15 iyun 2026, 17:33
Ağdam

Sərxoş çobanlar arasında atışma baş verib.

Yurd.Media xəbər verir ki, Ağdamda birgə spirtli içki qəbul edən çobanlar arasında düşən dava qanla bitib.

Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov mübahisə zəminində 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan R.Şirinov dərhal xəstəxanaya çatdırılıb.

Hadisəni törədən E.Gözəlov isə daha sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.//Teleqraf

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları