SÜJET
2025-ci ilin 6 ayı ərzində ölkə ərazisində 85 qanunsuz ovetmə faktı aşkarlanıb.
Yurd.Media xəbər verir ki, bu barədə Trend-in sualına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, qanunsuz ovetmə faktları ilə bağlı 84 protokol tərtib edilib və 1 cinayət işi açılıb.
"Bu ilin ötən müddəti ərzində qanunsuz ov edənlər arasında 10 xarici ölkə vətəndaşı olub", - deyə o qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, qanunsuz ov hallarına görə bu ilin ötən müddəti ərzində ümumilikdə 103 050 manat məbləğində cərimə tətbiq olunub:
"Qanunsuz ovetmə faktları Cəlilabad, İmişli, Neftçala, Lənkəran, Tovuz, Biləsuvar, Salyan, Xızı, Xaçmaz, Biləsuvar, Ağcabədi rayonlarında, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazisində qeydə alınıb", - o bildirib