SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Yeganə qarğıdalı emalı müəssisəsindən kapital geri çəkilir

Yeganə qarğıdalı emalı müəssisəsindən kapital geri çəkilir

  • 23 oktyabr 2025, 13:39
Oğuz

CPC MMC nizamnamə kapitalını 63 676 905 manat və yaxud 79 % azaldaraq 80 571 056 manatdan 16 894 151 manata endirdiyini elan edib.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilir ki, kapitalın geri çəkilməsində məqsəd müəssisənin fəaliyyəti dövründə yaranmış zərərin əvəzləşdirilməsidir.

2007-ci ildə yaradılmış CPC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir, Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir.

Prime Leasing