SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Xaçmazda market cərimələndi

Xaçmazda market cərimələndi

  • 19 may 2026, 12:48
Xaçmaz

Xaçmaz rayonunda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kənan Rəhim oğlu Cəfərov cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Quba Regional İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən “Residence Market” adlı obyektin fasadında reklam yayımlandığı aşkar edilib. 

Obyekt sahibi Cəfərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Cəfərov 1500 manat cərimə edilib.

Bu qərardan narazı qalan Cəfərov apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları