Türkiyənin internet şirkətinin Azərbaycandakı filial cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Metanet İnternet Hizmetleri Anonim Şirketi”nin Azərbaycandakı filialı gömrük qaydalarını pozub.
Şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə protokol yazılıb və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 300 manat cərimə olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Metanet İnternet Hizmetleri Anonim Şirketi”nin Azərbaycandakı filialını ötən ilin yanvar ayında dövlət qeydiyyatına alıb.
Filialın qanuni təmsilçisi Əliyeva Nəzrin İldırım qızıdır.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Məmməd Həsən Hacınski ev.2-dir.