Tikintisi sektorunda geniş fəaliyyət qurmuş “Şahinlər” MMC-nin külli miqdarda borcları məlum olub.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 934 min 589 manat 78 qəpik vergi borcu olduğu üzə çıxıb.
Qeyd edək ki, bu şirkət 1994-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elməddin Bayramovdur. Şirkət Bakıda yaşayış binalarının tikintisi sektorunda fəaliyyət göstərir.