SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“FİM Company” valyuta əməliyyatı pozuntusuna görə cərimələndi

“FİM Company” valyuta əməliyyatı pozuntusuna görə cərimələndi

  • 26 may 2026, 13:03

"FİM Company" MMC-yə iqtisadi fəaliyyət əleyhinə olan inzibati xəta üzrə protokol tərtib olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, elektrik alətlərinin, qaynaq avadanlıqlarının satışı ilə məşğul olan şirkət tərəfindən 16800 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb və 2 il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, valyuta vəsaiti geri qaytarılmayıb. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “FİM Company” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş məbləğin 20 faizi, yəni 3360 ABŞ dolları məbləğində cərimə edilib. 

Qərardan narazı qalan şirkət apellyasiya qaydasında şikayət verib. O, Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib. 

Belə ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanın obyekti olmuş 10793.95 ABŞ dollarının 20 faizi, yəni 2158.79 ABŞ dolları məbləğində cərimə tənbehi tətbiq edilib.

Qərar qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları