SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb

CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb

  • 21 may 2026, 16:14

CityNet, beynəlxalq audit şirkəti Deloitte tərəfindən təsis olunmuş Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülən ilk internet provayderi olub.

Hər il keçirilən tədbir  çərçivəsində ölkənin özəl sektorunda fəaliyyəti ilə fərqlənən şirkətlər qiymətləndirilir. Müsabiqənin yekunlarına həsr olunan xüsusi tədbirdə mükafat CityNet-in baş icraçı direktoru İlqar Nəhmədova təqdim olunub.

“Bu mükafat uzunmüddətli inkişaf strategiyamızın, komandamızın peşəkarlığının və müştəriyönümlü yanaşmamızın təsdiqidir. Azerconnect Group-un tərkibində fəaliyyət göstərən  CityNet olaraq məqsədimiz təkcə internet xidməti təqdim etmək deyil, ölkədə rəqəmsal transformasiyanın inkişafına real töhfə vermək, istifadəçilərə innovativ və dayanıqlı həllər təqdim etməkdir. Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülmək bizim üçün böyük qürur mənbəyi olmaqla yanaşı, gələcək hədəflərimiz üçün motivasiyadır”, - deyə CityNet-in baş icraçı direktoru İlqar Nəhmədov vurğulayıb.

Qeyd edək ki, CityNet ötən il beynəlxalq Ookla Speedtest platforması tərəfindən Azərbaycanın ən yaxşı sabit şəbəkə operatoru seçilib. Eyni zamanda, şirkət tam OTT TV məhsul portfelini, “Hybrid STB” həllini, o cümlədən Smart TV tətbiqlərini aparıcı televiziya brendləri və əməliyyat sistemlərində istifadəyə verib. Bundan əlavə, CityNet Digiturk ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu platformanı öz abunəçilərinə təqdim edib.

Best Managed Companies müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin idarəetmə keyfiyyəti, strateji inkişaf yanaşması, insan resurslarının effektiv idarə olunması, maliyyə dayanıqlılığı və korporativ sosial məsuliyyət istiqamətlərində beynəlxalq meyarlar əsasında qiymətləndirilməsini hədəfləyir. Layihə eyni zamanda şirkətlər arasında qabaqcıl idarəetmə təcrübələrinin artırılmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.

CityNet haqqında

Azərbaycanın aparıcı internet provayderi olan CityNet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. CityNet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. CityNet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları