“Prime Leasing” şirkəti Qubada təşkil olunan ilk Regional EXPO sərgisində uğurla iştirak edib.
Yurd.Media xəbər verir ki, sərgi çərçivəsində əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət üzrə Baş Müşaviri Gülizar Yavaş, Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, Quba İş Adamları Dərnəyinin İdarə Heyətinin sədri Cabbar Heybətov və digər yüksək səviyyəli qonaqlar “Prime Leasing” tərəfindən nümayiş etdirilən texnikalar ilə yaxından tanış olublar. Çinin aparıcı kənd təsərrüfatı texnikası istehsalçısı olan “Zoomlion” şirkətinin kombayn və traktorlarının Azərbaycanda eksklüziv satış təmsilçisi olan “Prime Leasing”in nümayəndəsi bu texnikaların yerli fermerlərə məhsuldarlığı artırmaq, maya dəyərini azaltmaq və davamlı gəlir əldə etmək üçün böyük imkanlar yaratdığını vurğulayıb.

Daha sonra qonaqlar Quba Olimpiya Kompleksində təşkil olunan sərgini ziyarət qonaqlar “Prime Leasing”in stendini də ziyarət ediblər. Ziyarətçilərə bildirilib ki, “Prime Leasing”in məqsədi yerli kənd təsərrüfatı subyektlərinə keyfiyyətli texnikanı daha münasib şərtlərlə təqdim edərək aqrar sahədə inkişafı sürətləndirməkdir.

Gün ərzində Quba Regional EXPO-2026 sərgisini təxminən 10 min nəfər ziyarət edib.
Qeyd edək ki, Regional EXPO layihəsinin növbəti mərhələsinin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Növbəti tədbirin daha geniş iştirakçı və ziyarətçi auditoriyasını bir araya gətirərək regionlararası iqtisadi əməkdaşlığın inkişafına əlavə töhfə verməsi gözlənilir.