SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Unibank”ın sahibinin oğlu kollektor biznesindən qazanclı çıxıb

“Unibank”ın sahibinin oğlu kollektor biznesindən qazanclı çıxıb

  • 20 may 2026, 13:58

Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 6,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 35,7% çoxdur.

Bu ilin əvvəlinə “BOA Agency"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 25,2% çox - 239 milyon manat təşkil edib.

Səhmdar cəmiyyətinin öhdəlikləri 237,4 milyon manat (25,6% çox), balans kapitalı isə 1,6 milyon manat (15% az), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.

Xatırladaq ki, "BOA Agency"nin səhmlərinin 40%-i İlkin Qəribliyə məxsusdur. O, “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları