SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Orxan Məmmədov: WUF13 qlobal qabaqcıl təcrübələri öyrənmək imkanı yaradır

Orxan Məmmədov: "WUF13 qlobal qabaqcıl təcrübələri öyrənmək imkanı yaradır"

  • 21 may 2026, 13:07

KOB-lar üçün WUF13 beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq, yeni biznes əməkdaşlıqları yaratmaq, qlobal qabaqcıl təcrübələri öyrənmək və dayanıqlı şəhər inkişafına töhfə verən innovativ məhsul, xidmət və həlləri nümayiş etdirmək üçün dəyərli imkanlar yaradır.

Yurd.Media xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, bu Forum təcrübə mübadiləsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və gələcəyin şəhərləri üçün innovativ həllərin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

O.Məmmədov bildirib ki, Şuşa və Füzuli kimi şəhərlərdə aparılan genişmiqyaslı yenidənqurma və şəhərsalma işləri Azərbaycanın müasir, ekoloji baxımdan dayanıqlı və davamlı şəhər mühitləri qurmaq öhdəliyini əks etdirir:

“Bu layihələr inteqrasiya olunmuş və gələcəyə yönəlmiş şəhər inkişafının mühüm regional nümunələrinə çevrilir.

Eyni zamanda, Bakıda WUF13-ün keçirilməsi Azərbaycanın qlobal miqyasda dayanıqlı urbanizasiya, iqlim dayanıqlılığı və şəhər innovasiyaları ilə bağlı müzakirələrdə artan rolunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını açıq şəkildə göstərir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları