SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“İrşad-Electronics” eyni müştəriyə verdiyi bir neçə kreditə görə MƏHKƏMƏDƏ

“İrşad-Electronics” eyni müştəriyə verdiyi bir neçə kreditə görə MƏHKƏMƏDƏ

  • 29 may 2026, 13:14

“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nümayəndəsi İsmayıl İsmayılbəylinin imzası ilə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi təqdim olunub. 

İddia tələbinə görə, 2019-cu ilin avqustunda bir kreditə görə 110 manat əsas, 16,5 manat cərimə, digər kreditə görə isə 215 manat əsas, 32 manat cərimə, həmçinin 2020-ci il iyun ayındakı alqı-satqı müqaviləsi üzrə 395 manat əsas, 59 manat cərimə, üç müqavilə üzrə ümumilikdə 828 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh E. Alıyevdən tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilib. 

İddiaya görə, Alıyev şirkətdən iki telefon və bir paltaryuyan maşını kreditə götürüb, lakin sonradan borcu ödəməkdən yayınıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl Ağdam, ŞəkiŞəmkir rayon məhkəmələrində, həmçinin Bakının Nizami Rayon Məhkəməsində müştərilərinə qarşı iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları