SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Taksi sürücüləri “Yango”nun daha yüksək komissiyaları ilə üz-üzə qalıb

Taksi sürücüləri “Yango”nun daha yüksək komissiyaları ilə üz-üzə qalıb

  • 06 avqust 2026, 20:46

Taksi sürücülərinin gəlir hesablamalarına təsir edən yeni dəyişiklik edilib.

Yurd.Media "Pravda.az"a istinadən xəbər verir ki, “Yango”nun xidmət haqqını 23 faizdən çox artırması taksi sürücülərinin narazılığına səbəb olub.

Sayt taksi sürücülərinin sözlərinə əsasən qeyd edib ki, komissiya faizləri kəskin şəkildə yüksəldilib və bu dəyişiklik barədə əvvəlcədən məlumat verilməyib.

Məsələ ilə bağlı “Yango Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rüstəm Əzimov deyib ki, xidmətin iş şərtləri hər zaman tələb və təklif arasında yüksək tarazlığı qorumaq məqsədilə formalaşdırılır.

O qeyd edib ki, şirkət üçün platforma ilə əməkdaşlığın bütün tərəfdaşlar üçün etibarlı və qarşılıqlı faydalı qalması prinsipial əhəmiyyət daşıyır:

“Bu gün əsas prioritetimiz sürücüləri fasiləsiz sifariş axını ilə təmin etmək və xidmətin yüksək keyfiyyətini qoruyub saxlamaqdır. Sərnişin axınının davamlı artımı və səfərlərin səmərəli şəkildə bölüşdürülməsi sayəsində sürücülərin növbə ərzində orta qazancı sabit və yüksək səviyyədə qalır”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları